Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) 42 müstəntiqi rus işğalçılarının törətdiyi hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.
Bizim.Media “Lemonde” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı ICC-nin baş prokuroru Kərim Xan yayıb.
O, qeyd edib ki, bu, onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük səfərdir:
“Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir. Hansı ki, onlar “faktları tapıb həqiqəti müəyyən edəcəklər”.
Prokuror vurğulayıb ki, milli hakimiyyət orqanlarının ədalət mühakiməsini həyata keçirib-keçirməyəcəyi onu maraqlandırmır:
“Əsas odur ki, araşdırmalar etibarlı, dürüst və müstəqil olsun və bundan sonra hakim qərar verə bilsin”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:00 / 15.05.2022
Beynəlxalq müstəntiqlərin ən böyük qrupu Ukraynaya göndərildi - 42 NƏFƏRDİR
Hazırda oxunan: Beynəlxalq müstəntiqlərin ən böyük qrupu Ukraynaya göndərildi - 42 NƏFƏRDİR
Hazırda oxunan: Beynəlxalq müstəntiqlərin ən böyük qrupu Ukraynaya göndərildi - 42 NƏFƏRDİR
74477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.