Ukraynalı nazir: “Məhkəmə zalında oturmaq və Putini...”

Ukraynalı nazir: “Məhkəmə zalında oturmaq və Putini...”

Hazırda oxunan: Ukraynalı nazir: “Məhkəmə zalında oturmaq və Putini...”

74439

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin başa çatmasının nəticələrindən biri Beynəlxalq Cinayət Məhkəməsində proses olmalıdır.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Bild am Sonntag”a müsahibəsində bildirib.

Kuleba, digər məsələlərlə yanaşı, atəşkəs naminə Rusiya Federasiyası ilə danışıqları davam etdirməyi normal hesab edib.

“Atəşkəs razılaşması problemin həlli, Ukrayna ərazisinin azad edilməsi istiqamətində atılan ilk addımdırsa, burda heç bir qəbahət yoxdur. Lakin biz diplomatiyanın sadəcə olaraq əzablarımızı uzatmasına və müharibənin növbəti mərhələsini gecikdirməsinə icazə verməyəcəyik”, deyə o bildirib.

Eyni zamanda, o, Rusiya Federasiyasının ali rəhbərliyinə qədər hərbi cinayətlər törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini vurğulayıb.

“Mən Beynəlxalq Cinayət Məhkəməsinin məhkəmə zalında oturmaq və Putini müttəhimlər kürsüsündə görmək istəyirəm”, - nazir deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO