Britaniya kəşfiyyatı: Rusiya Ukraynaya gətirilən quru qoşunlarının üçdə birini itirib

Britaniya kəşfiyyatı: Rusiya Ukraynaya gətirilən quru qoşunlarının üçdə birini itirib

Hazırda oxunan: Britaniya kəşfiyyatı: Rusiya Ukraynaya gətirilən quru qoşunlarının üçdə birini itirib

74418

Rusiya Donbasdakı hücum sürətini itirib və qrafikdən xeyli geri qalıb. Rəsmi Moskva son bir ayda əhəmiyyətli ərazi qazancı əldə edə bilməyib, eyni zamanda itki baxımından statistikanı qoruyub saxlayıb.

Bizim.Media xəbər verir ki, barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“İndi Rusiya fevral ayından bəri Ukraynada iştirak edən quru qoşunlarının üçdə birini itirib”, - bəyanatda deyilir.

Britaniya kəşfiyyatı itkilərin körpü avadanlığı,  kəşfiyyat, müşahidə və hücum pilotsuz uçan aparatları kimi kritik amillərin itirilməsi ilə daha da artacağını proqnozlaşdırır.

Müharibə başlayandan bəri rus qoşunları üçün keçid avadanlıqları çatışmır. Bu isə hücum manevrini azaldır. Ruslar daha çox dronlara ehtiyac duyurlar.

“Mövcud şəraitdə Rusiyanın qarşıdakı 30 gün ərzində irəliləmə sürətini kəskin surətdə artırmaq mümkün deyil”, - Britaniya kəşfiyyatı proqnozlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO