İspan mediası Azərbaycandakı alban kilsələrindən yazdı

İspan mediası Azərbaycandakı alban kilsələrindən yazdı

Hazırda oxunan: İspan mediası Azərbaycandakı alban kilsələrindən yazdı

7422

İspaniya mediasında “Alban kilsələri tariximizin qədim izləridir” başlıqlı məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, ölkənin www.tuvozenpinares.com xəbər portalına açıqlamasında İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov deyib ki, tarixi sənədlər qədim dövrdə Azərbaycan xalqının əcdadlarının öz ərazilərində xristianlığa ibadət etdiklərini göstərir.

Məqalədə tarixi, mədəniyyəti və qədim abidələri ilə dünya tarixçilərinin hər zaman diqqətini cəlb edən Qafqaz Albaniyasında xristianlığın yayılması, Azərbaycanın Şəki, Qax, Qazax, Qəbələ, Kəlbəcər, Göygöl və digər rayonlarında alban kilsələrinin min illərlə qorunub saxlanılması, alban kilsələrini erməniləşdirmək cəhdləri, İ.Petruşevski, N.Adonts və Z.Bünyadov kimi məşhur alimlərin ermənilərin bu cəhdlərini ifşa etmələri barədə ətraflı məlumatlar verilib.

“Bizim insanlar indiyədək bu müqəddəs yerləri ziyarət edirlər. Bu məbədlər Azərbaycan dövlətinin müdafiəsi və mühafizəsi altındadır”,- deyə soydaşımız vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO