Fransada iki polis vəhşicəsinə döyüldü

Fransada iki polis vəhşicəsinə döyüldü

Hazırda oxunan: Fransada iki polis vəhşicəsinə döyüldü

7374

Fransada iki polis 15 nəfərə yaxın şəxsin hücumuna məruz qalıb.

Bizim.Media bu barədə məlumatı “Actu17” portalı yayıb.

Qeyd olunub ki, Parisin kənarında, One-su-Bua bölgəsində polislər sənədlərini yoxlamaq üçün motosiklet sürən iki nəfəri saxlayıb. Ancaq onların heç birinin sənədi olmayıb.

Motosikletçilər sənədlərinin evdə olduğunu bildirib və polislər onları evə qədər müşaiyət edib. Lakin bir müddət sonra həmin şəxslər sənədlərlə deyil, 15 nəfərə yaxın şəxslə qayıdaraq polisə hücum ediblər.

Hücumdan sonra ağır xəsarət alan polislər xəstəxanaya yerləşdiriliblər. Hazırda polisə xəsarət yetirən şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO