Fransa XİN: Rusiyaya qarşı neft embarqosu mayın 15-dək razılaşdırılacaq

Fransa XİN: Rusiyaya qarşı neft embarqosu mayın 15-dək razılaşdırılacaq

Hazırda oxunan: Fransa XİN: Rusiyaya qarşı neft embarqosu mayın 15-dək razılaşdırılacaq

73624

Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon bildirib ki, Rusiya neftinə embarqo ilə bağlı yekun qərar bu həftə, mayın 15-dən əvvəl verilə bilər. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın “Kommersant” nəşri yayıb.

Onun sözlərinə görə, bu gün, mayın 10-da Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı sanksiya tədbirləri ilə bağlı razılığa gəlmək üçün Macarıstanın baş naziri Viktor Orbanla embarqonu müzakirə edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqının Rusiyaya neft embarqosundan hansı tərəf ZƏRƏRLİ çıxacaq? 


​​​​​​​“Düşünürəm ki, biz altıncı sanksiyalar paketinin tətbiqi ilə bağlı bu həftə qərar verə bilərik”, - deyə Bon LCI televiziyasına müsahibəsində bildirib. 

Diplomat hesab edir ki, Makronla Macarıstan hökumətinin başçısı arasında gözlənilən telefon danışığı Avropanın sanksiyalar siyasətinin şərtlərinin razılaşdırılmasının yekun mərhələlərindən biri ola bilər.

Dünən Avropa Komissiyasının sədri Ursula von der Leyen Macarıstanın baş naziri Viktor Orbanla görüşdə Aİ-nin Rusiya neftinin tədarükünün qadağası ilə bağlı razılığın müsbət dinamikası barədə məlumat verib. 

Macarıstanın xarici işlər naziri Peter Szijjarto da sanksiyalarla bağlı danışıqlarda irəliləyişin olduğuna diqqət çəkib və əlavə edib ki, “bu məsələ ilə bağlı mövqeyimizin dəyişməsi üçün çox şey müzakirə edilməlidir”.

Bundan əvvəl Macarıstan rəsmiləri bəyan etmişdilər ki, ölkənin Rusiya enerji resurslarından ciddi asılılığı səbəbindən Aİ-nin yeni sanksiyalar paketini dəstəkləmək mümkün deyil. 

Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından və Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin güclənməsindən sonra Macarıstan sanksiyalara ən çox şübhə ilə yanaşan Aİ-nin üzvü kimi gündəmə düşüb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO