BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırdı

BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırdı

Hazırda oxunan: BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırdı

73527

Moldovaya səfərə gələn BMT-nin baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dayandırmağa və beynəlxalq hüquqa uyğun olaraq dialoqa başlamağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə A.Quterreş Kişinyovda Moldovanın Baş naziri Nataliya Qavrilitsa ilə birgə mətbuat konfransında deyib.

"Qarşılıqlı hörmətə əsaslanan dialoq və əməkdaşlıq Avropada və bütün dünyada təhlükəsizliyin əsasını təşkil edir. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq razılaşmaların müzakirəsi üçün dialoq lazımdır. Mən regional tərəfdaşları sabitlik naminə bu prosesi dəstəkləməyə çağırıram", - deyə baş katib qeyd edib.

Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi və onların “bütün dünya üçün nəticələri çox böyükdür, sosial-iqtisadi vəziyyətə təsiri Moldovada artıq hiss olunur”. 

A.Quterreş Moldovaya ukraynalı qaçqınların axını ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə kömək etməyə hazır olduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO