Böyük Britaniya kraliçası II Elizabet bu il Britaniya parlamentinin yeni sessiyasının açılış mərasimində taxt nitqi ilə çıxış edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat verib.
Qərar aprelin sonunda 96 yaşı tamam olan kraliçanın gəzinti zamanı diskomfort hiss etməsi ilə izah edilir.
Parlamentin yeni sessiyasında hökumətin öz iş planını əks etdirən taxtdan çıxışı monarxın yerinə taxtın varisi, Uels şahzadəsi 73 yaşlı Çarlz oxuyacaq.
Taxtdan çıxış formal xarakter daşısa da, Britaniya monarxiyası üçün böyük əhəmiyyət kəsb edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:14 / 09.05.2022
Kraliça II Elizabet Britaniya parlamentinin yeni sessiyasının açılışında çıxış etməyəcək
Hazırda oxunan: Kraliça II Elizabet Britaniya parlamentinin yeni sessiyasının açılışında çıxış etməyəcək
Hazırda oxunan: Kraliça II Elizabet Britaniya parlamentinin yeni sessiyasının açılışında çıxış etməyəcək
73522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.