Boris Consondan koronavirus açıqlaması: “Qarşıda bizi çox çətin həftələr gözləyir”

Boris Consondan koronavirus açıqlaması: “Qarşıda bizi çox çətin həftələr gözləyir”

Hazırda oxunan: Boris Consondan koronavirus açıqlaması: “Qarşıda bizi çox çətin həftələr gözləyir”

7338

Britaniyada koronavirus tədbirləri daha da sərtləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bunu baş nazir Boris Conson deyib.

Onun sözlərinə görə, virusla mübarizədə Britaniyanı qarşıda çox çətin həftələr gözləyir.

"Koronavirusa yoluxma rəqəmləri daha sərt tədbirlər görmək lazım olduğunu heç bir sual altında qoymur və biz bu tədbirləri tez bir zamanda elan edəcəyik",- deyə Boris Conson qeyd edib.

Baş nazir hökumətin virusu nəzarət altında tutmaq üçün əlindən gələni edəcəyini bildirib. O vurğulayıb ki, insanların bu kritik zamanda nizam-intizamlı olmaqları vacibdir.

Xatırldaq ki, hazırda Britaniyada koronavirusa yoluxanların sayı sürətlə artır, belə ki, son həftələrdə günlük yoluxma sayı təxminən 50 000 nəfər civarındadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO