Yer üzündə təbii fəlakətlər sürətlə artır

Yer üzündə təbii fəlakətlər sürətlə artır

Hazırda oxunan: Yer üzündə təbii fəlakətlər sürətlə artır

733

BMT-nin yaydığı hesabatda bildirilir ki, son 20 ildə təbii fəlakətlər sürətlə artıb.

2000-2019-cu illərdə 7348 böyük fəlakət olub. 3 mindən çox fəlakətlə Asiya 1-ci, 756 ilə Amerika 2-ci, 192 ilə Afrika 3-cü yerdədir.

Fəlakətdən ən çox ziyan çəkən ölkələr Çin, ABŞ, Hindistan, Filippin və İndoneziyadır.

Fəlakətlər 4.2 milyard insana təsir edib. Qlobal iqtisadiyyata dəyən ziyan 2.97 trilyon dollardır.

Son 20 ildə genişmiqyaslı daşqınlar iki dəfə artıb. Fırtına, quraqlıq, meşə yanğınları və ekstremal hava hadisələri də çoxalıb.

Ən çox itkiyə səbəb olan zəlzələ və sunami sayında da artım olub. Hind okeanında 2004-cü ildə baş vermiş sunamidə 226 min 400 insan həyatını itirib. 2010-cu ildə Haitidə baş verən 7 bal gücündə zəlzələ 222 min insanın həyatına son qoyub.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO