ABŞ-ın gizli hərbi sirləri ifşa oldu - Bayden ordu komandanlığına ƏSƏBİLƏŞDİ

ABŞ-ın gizli hərbi sirləri ifşa oldu - Bayden ordu komandanlığına ƏSƏBİLƏŞDİ

Hazırda oxunan: ABŞ-ın gizli hərbi sirləri ifşa oldu - Bayden ordu komandanlığına ƏSƏBİLƏŞDİ

73175

ABŞ Prezidenti Co Bayden ordunu Ukrayna ilə kəşfiyyat məlumatı mübadiləsi də daxil olmaqla, məlumat sızdırdığına görə tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC” Ağ Evin nümayəndələrinə istinadən məlumat yayıb.

“MKİ (CIA) direktoru Uilliam Burns, Milli Kəşfiyyatın direktoru Avril Haynes və müdafiə naziri Lloyd Ostin ilə telefon danışığında Bayden deyib ki, "bu cür sızıntılar məqsədimizdən yayındırır” – deyə adı açıqlanmayan məmur bildirib.
Başqa bir səlahiyyətli Baydenin sızmaların dayandırılmalı olduğunu çatdırdığını söyləyib.

Bayden, xüsusən də Pentaqonun Ukrayna Silahlı Qüvvələrinə "Moskva" kreyserinin dəqiq koordinatlarını verməsi ilə bağlı narahatlığı fonunda rəsmilərlə danışıb.

Qeyd edək ki, bundan əvvəl bir sıra Amerika KİV-ləri hərbi mənbələrə istinadən Amerikanın “Moskva” kreyserində Ukraynanı koordinasiya etdiyini yazmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO