“London, Paris və Berlin 202 saniyəyə xəritədən silinəcək

“London, Paris və Berlin 202 saniyəyə xəritədən silinəcək" – Rusiyanın ABŞ-dakı səfirindən nüvə silahı açıqlaması  

Hazırda oxunan: “London, Paris və Berlin 202 saniyəyə xəritədən silinəcək" – Rusiyanın ABŞ-dakı səfirindən nüvə silahı açıqlaması  

73092

İki aydan artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi özünün təhlükəli və arzuolunmaz fazasına qədəm qoymaqdadır.  

Bizim.Media xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Moskvanın hansı şəraitdə nüvə silahına əl atacağını açıqlaması isə təhlükənin uzaqda olmadığına işarə sayıla bilər.  

"NATO-dakı siyasətçilər açıq şəkildə nüvə təhlükəsini ciddi qəbul etmirlər", - deyə Antonov “Newsweek”ə müsahibəsində bildirib. 

Antonov Moskvanın “Kütləvi Qırğın Silahlarından” (KQS) hansı şərtlər altında istifadə ediləcəyini də açıqlayıb.

Diplomat bəyan edib ki, Moskvanın Ukraynaya və müttəfiqlərinə qarşı kütləvi qırğın silahlarından istifadə etməsi Rusiyaya qarşı təcavüz zamanı və ya dövlətin mövcudluğu təhlükə altında olduqda mümkündür.  

Moskvanın ehtimal edilən nüvə hücumundan sonranın xəritəsini canlı yayımda nümayiş etdirən jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritədən 202 saniyə ərzində silinəcəyini bildiriblər. 
Rusiyalı jurnalistlər də təsdiqləyib ki, belə bir hücum baş verərsə, hədəf alınan şəhərlərdə sağ qalan olmayacaq. (Gündəm.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO