ABŞ Senatı böyük səs çoxluğu ilə SEPAH-ın (İran İnqilabı Keşikçiləri Korpusu) xarici terror təşkilatları siyahısında saxlanmasına səs verib.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, senatorlar mayın 4-də respublikaçı senator Ceyms Lankfordun SEPAH-ın terror qruplaşmaları siyahısında saxlanılması ilə bağlı təklif etdiyi layihənin lehinə 66, əleyhinə isə 23 səs veriblər.
Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının dirçəldilməsi üçün SEPAH-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb.
Lakin bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:53 / 05.05.2022
ABŞ Senatı SEPAH-ı terror təşkilatları siyahısında saxladı
Hazırda oxunan: ABŞ Senatı SEPAH-ı terror təşkilatları siyahısında saxladı
Hazırda oxunan: ABŞ Senatı SEPAH-ı terror təşkilatları siyahısında saxladı
72885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.