Papa Moskvada Putinlə görüşə hazır olduğunu açıqladı

Papa Moskvada Putinlə görüşə hazır olduğunu açıqladı

Hazırda oxunan: Papa Moskvada Putinlə görüşə hazır olduğunu açıqladı

72607

Roma Papası Fransisk mart ayında Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyib.

Rusiya tərəfi hələlik sorğuya cavab verməyib. Pontifik özü hesab edir ki, Putin hələlik görüş keçirmək istəmir.

Bizim.Media xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən Roma Papası bu tələbi müharibənin başlanmasından 20 gün sonra səsləndirdiyini bildirib.

O, Rusiya prezidenti ilə görüş üçün Moskvaya yollana biləcəyini deyib.

“20 günlük müharibədən sonra kardinal Parolindən Moskvaya getməyə hazır olduğum mesajını V.Putinə çatdırmağı xahiş etdim... Hələlik cavab almamışıq və israr etməyə davam edirik (görüş üçün – red.). Baxmayaraq ki, Putinin indi bu görüşü keçirə bilməyəcəyini və bunu istəmədiyini düşünürəm”, - deyə pontifik bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO