Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

Hazırda oxunan: Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

72347

Finlandiya Rusiya sərhədinin kritik hissələrində daha effektiv sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “MTV3” kanalı məlumat yayıb.

Şimali Kareliyanın Sərhəd Mühafizəsinin komandanı Marko Turunen bildirib ki, bu çox vacib qərardır:

“Şərq (Rusiya) sərhədində ya əsas ərazilərdə, ya da onlarla sərhədin çox hissəsini əhatə etmək üçün hasarlar çəkməyə başlamaq barədə qərarın verilməsi əhəmiyyətlidir. Bu, bizim üçün böyük dəyişiklikdir, ona görə də daha yüksək səviyyədə qərarlar tələb edir”.

Onun sözlərinə görə, yüksək riskli ərazilər və kritik zonalar, məsələn, sərhəd-keçid məntəqələri və onlara yaxın ərazilər üçün sərhəd maneələri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO