Britaniyanın “The Sun” nəşri Putinin varisini açıqladı – SƏS YAZISI

Britaniyanın “The Sun” nəşri Putinin varisini açıqladı – SƏS YAZISI

Hazırda oxunan: Britaniyanın “The Sun” nəşri Putinin varisini açıqladı – SƏS YAZISI

72337

Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin əməliyyat olunacaq. Həkimlər cərrahi müalicədə israrlıdırlar. Kreml rəhbəri xərçəng, Parkinson və yaddaş pozğunluğundan əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Britaniyanın “The Sun” nəşri yayıb.

Mənbə yazır ki, Putinin olmadığı müddətdə ölkəyə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev rəhbərlik edəcək.

Kremlin adı açıqlanmayan keçmiş yüksək rütbəli məmuru faktı təsdiq edib. Onun sözlərinə görə, Putin həmkarları ilə qarşıdakı tibbi prosedurları müzakirə edib.

Məmurun yayılan səs yazısında Putinin bir müddət prezident kimi fəaliyyət göstərə bilməyəcəyi, Kreml rəhbərinin xərçəng, Parkinson və yaddaş xəstəliyindən əziyyət çəkdiyi üçün səhhətinin pisləşə biləcəyi deyilir:

“Putin olmadığı müddətdə (tutaq ki, 2-3 gün) ölkənin faktiki hakimiyyəti Patruşevə keçir. Bu, ən pis variantdır. Söhbət birdən Putinin səhhətində ciddi problemlər yarana biləcəyindən gedir. Biz çox yaxşı bilirik ki, onun onkologiyası var, Parkinson xəstəsidir,  yaddaşı da pozulub. Bu haqda dəfələrlə danışmışıq”.

Bildirilir ki, onkoloji xəstəlik irəliləyir, bir müddətdir ki, onu cilovlamaq mümkün olub. "Amma indi xəstəliyin gedişatı sürətlənir", - səs yazısında bildirilir. 

Putinin varisi Nikolay Patruşev 1951-ci ildə Leninqradda anadan olub. 1999-2008-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin  direktoru vəzifəsində çalışıb. 12 may 2008-ci ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibidir. Rusiya Federasiyasının Ordu generalıdır.

71 yaşlı Patruşevin Rusiya ordusunun Ukraynadakı strategiyasının arxasında olduğu güman edilir və o, Putini Kiyevin neonasistlər tərəfindən işğal edildiyinə inandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO