Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.
66 yaşlı Gerasimov sağ ayağından qəlpə yarası alıb, həyati təhlükəsi yoxdur.
Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində oturmuşdular.
İlkin məlumata görə, 20 zabit həlak olub.
“Vertikal” Telegram kanalı bildirir ki, Rusiya Baş Qərargah rəisi Gerasimov rus ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır. Onların təchizatı sıradan çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:07 / 01.05.2022
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ukraynada yaralandı – 20 rus zabiti ölüb
Hazırda oxunan: Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ukraynada yaralandı – 20 rus zabiti ölüb
Hazırda oxunan: Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ukraynada yaralandı – 20 rus zabiti ölüb
72317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.