"Soyunun, mini yubka geyinin" deyən məşhur müğənni prokurorluqda

Hazırda oxunan: "Soyunun, mini yubka geyinin" deyən məşhur müğənni prokurorluqda

72123
Türkiyədə böyük səs-küyə səbəb olan öldürülən Özgecan Aslanla bağlı "tweet" yazan məşhur müğənni Nihat Doğan prokurorluğa çağırılıb. 

ANS PRESS-in məlumatına görə, cəsədi yandırılan Özgecan Aslanın ölümündən sonra Nihat Doğanın "Twitter"də belə şərh yazmışdı: "Siz də soyunub, mini yubka geyinsəniz, dünyəvi sistemin əxlaqsızlaşdırdığı şəxslər tərəfindən təcavüzə məruz qalsanız, onda bağırmaq lazim deyil". 

Bu sözlərində cinayət elementi axtaran prokurorluq Doğan haqqında ibtidai istintaqa başlayıb.

Müğənninin yaxın günlərdə ifadə vermək üçün prokurorluğa çağrılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO