Çexiyadan təbii qaza ALTERNATİV – Rusiya nəqli dayandırsa, ölkə təzəkdən istifadəyə keçəcək

Çexiyadan təbii qaza ALTERNATİV – Rusiya nəqli dayandırsa, ölkə təzəkdən istifadəyə keçəcək

Hazırda oxunan: Çexiyadan təbii qaza ALTERNATİV – Rusiya nəqli dayandırsa, ölkə təzəkdən istifadəyə keçəcək

72078

Rusiyadan qaz nəqli dayanacağı halda Çexiya biometan (təzək) enerjisindən istifadəyə keçidi planlaşdırır.  

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Seznam Zpravy” nəşri məlumat yayıb.  

Belə ki, Çexiyanın əmək və sosial məsələlər naziri Marian Yurçenkanın fikrincə, ölkəsi qaz qıtlığı ilə təhdid edilmir, lakin onlar artıq enerji müstəqilliyini artırmaq yollarını nəzərdən keçirirlər.

Nazir hesab edir ki, enerji istehsal etmək üçün inəklərdən, daha doğrusu, onların peyinindən istifadə etmək məqsədəuyğundur. Eyni zamanda Çexiyada indidən yay mövsümü üçün təzək ehtiyatı toplanması məqsədilə hazırlıqlar görür.  

Qeyd edək ki, Rusiyanın qaz nəqlini dayandırması Çexiyanı birbaşa təhdid etmir. Çünki Çexiya təbii qazı Almaniya vasitəsilə “Qazprom” şirkətindən alır.  

Məlumatda o da bildirilib ki, 2019-cu ilin statistikasına görə, Çexiyada təzəyi enerjiyə çevirən 574 stansiya fəaliyyət göstərir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO