Qazaxıstandan Marqarita Simonyanın ərinə tərs ŞİLLƏ: “Şanlı Azərbaycan ordusu...” – VİDEO

Qazaxıstandan Marqarita Simonyanın ərinə tərs ŞİLLƏ: “Şanlı Azərbaycan ordusu...” – VİDEO

Hazırda oxunan: Qazaxıstandan Marqarita Simonyanın ərinə tərs ŞİLLƏ: “Şanlı Azərbaycan ordusu...” – VİDEO

71832

Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı təbliğatçı Tiqran Keosayan (erməni jurnalist, RT-nin və “Sputnik”in Baş redaktoru Marqarita Simonyanın əri) Qazaxıstanla bağlı qeyri-müəyyən açıqlamalar verərək bu ölkəni hədələyib və  "9 mayı bayram kimi qeyd etmədiyinizə görə Ukraynaya diqqətlə baxın və ciddi düşünün" ifadəsini işlədib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov isə Keosayanın açıqlamalarından sonra onun ölkəyə girişinə qadağa qoyulacağını deyib.
Daha bir reaksiya Qazaxıstan prezidenti administrasiyasının keçmiş əməkdaşı, hakim “Nur Otan” partiyası Siyasi Şurasının keçmiş üzvü, prodüser, ssenarist Arman Şurayevdən gəlib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Tiqran Keosayana xitabən yayılan videomüraciətdə o, Azərbaycan ordusunun 2-ci Qarabağ savaşında ermənilər üzərindəki Zəfərini xatırladıb.

“Qazaxıstanda çoxlu sayda erməni diasporu fəaliyyət göstərir və onlar hazırda pis duruma düşüblər. Biz 9 mayı deyil, Ukraynanın Rusiya üzərində qələbəsini qeyd edəcəyik. İndi yaşadığın Moskva şəhərini 1945-ci ildə qazaxlar və qırğızlar xilas edib. 1 milyondan artıq qazax 2-ci Dünya Müharibəsində iştirak edib, onlardan yarısı geri qayıtmayıb. Almaniya qələbə çalsaydı, Hitler Moskvada parad keçirərdi. Sən isə indi Moskvada deyil, Ermənistanın ucqar dağ kəndində yaşayardın.

Bəli, Tiqran, 2020-ci ildə şanlı Azərbaycan ordusu işğalda olan Qarabağı geri aldı. Sən özünü elə igid döyüşçü hesab edirsənsə, əlinə avtomat al və guya sizə aid olan bir kəndi geri qaytar, sonra isə Qazaxıstana gəl. O zaman sizə sübut edəcəyik ki, biz necə döyüşürük”, deyə o, qeyd edib.
Xatırladaq ki, Arman Şurayev 1970-ci il mayın 7-də Qazaxıstanda Kokçetav vilayətinin Volodarski rayonunda anadan olub. 

O, uzun müddət televiziya sahəsində çalışıb, Qazaxıstan Respublikası prezidentliyinə namizəd Nursultan Nazarbayevin Respublika ictimai qərargahının mətbuat xidmətinin rəhbəri olub, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin baş müfəttişi vəzifəsində işləyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO