“Britaniya ştammı” Türkiyəyə də çatdı

“Britaniya ştammı” Türkiyəyə də çatdı

Hazırda oxunan: “Britaniya ştammı” Türkiyəyə də çatdı

7151

Türkiyədə koronavirusun (COVID-19) yeni ştammına rast gəlinib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca mətbuata açıqlamasında bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

20 ölkə Britaniya ilə əlaqələri dayandırır



Onun sözlərinə görə, təhlükəli virus 15 nəfərdə aşkarlanıb. Həmin şəxslər Böyük Britaniyadan Türkiyəyə qayıdanlardır. Onlar hazırda nəzarət altında saxlanılır.

Nazir, həmçinin vurğulayıb ki, Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

Qeyd edək ki, koronavirusun mutasiyaya uğramış yeni növü ilk dəfə Böyük Britaniyada yayılıb. 70 faiz yoluxucu olan virus bir çox Avropa ölkələrində də müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO