Arvadına

Arvadına "Səni sevmirəm" deyən əri cərimələdilər

Hazırda oxunan: Arvadına "Səni sevmirəm" deyən əri cərimələdilər

71283
Türkiyədə həyat yoldaşını sevməyən kişi cərimələnib.

ANS PRESS-in məlumatına görə, boşanma ərizə verən cütlüyün məhkəmə prossesi tərəflərin bir-birlərinə qarşı səsləndirdikləri ittihamlarla seçilib.

Ər-arvadın hər ikisi boşanmaqla yanaşı bir-birlərindən təhqir və həqarətə görə kompensasiya tələb ediblər. 

Məhkəmə hər ikisinin günahkar olduğu barədə qərar qəbul edir. Lakin qadın məhkəmənin bu qərarı ilə razılaşmayaraq Ali Appelyasiya Məhkəməsinə müraciət edir. Qadın bildirib ki, ərinin "Səni sevmirəm" sözləri ona emosional müstəvidə dağıdıcı təsir göstərib və qadın kimi alçaldıb.

Ali Appelyasiya Məhkəməsi arvadın emosional zorakılığa məruz qaldığını sübuta yetirərək əri cərimələyib. Ərin həyat yoldaşına "Səni sevmirəm" deməsi məhkəmənin kişinin arvadına kompensasiya ödəməsi barədə qərar çıxarmasına əsas verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO