Antalyaya gələn turistlərin sayı 1 milyonu keçdi

Antalyaya gələn turistlərin sayı 1 milyonu keçdi

Hazırda oxunan: Antalyaya gələn turistlərin sayı 1 milyonu keçdi

71201

Aprelin 23-nə olan məlumata görə, dünyanın ən əhəmiyyətli turizm məkanlarından biri sayılan Antalyaya hava yolu ilə gələn turistlərin sayı 1 milyonu keçib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.

Mənbə yazır ki, dünyanın hər yerindən turistləri özünə cəlb edən Antalyaya il boyu qonaq gəlir.

Epidemiyaya baxmayaraq, Aralıq dənizi hövzəsindəki xarici rəqiblərindən daha çox xarici ziyarətçi qəbul edən şəhər 2022-ci ilə sevindirici rəqəmlərlə başlayıb.

Antalya Qubernatorluğunun Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına görə, 1 yanvar - 23 aprel tarixləri arasında Antalyaya hava yolu ilə gələn ziyarətçilərin sayı 1 milyon 18 min 246 olub.

Keçən il epidemiya səbəbiylə təxminən 9 milyon turistlə bağlanan şəhərdə turizm fəaliyyəti əvvəlki ilə görə artıb. Keçən ilin ilk 4 ayında 412 min 729 turisti qəbul edən Antalya, bu ilin eyni dövründə yüzdə 147 artım əldə edib. Təkcə aprel ayında artım 245% təşkil edib.

Turizmdə rekordlar ili olaraq xarakterizə edilən 2019-cu ilin ilk 4 ayında 1 milyon 203 min 838 turisti qəbul edən Antalya 2 illik durğunluqdan sonra bu il 2019-cu ilin rəqəmlərinə yaxınlaşıb. Şəhərdə turizm fəallığının bundan sonra da artacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO