Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra prezident Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın şənbə günü yaydığı bəyanatda bildirilir.
Məlumatda bildirilir ki, A. Quterreş bazar ertəsi Türkiyə paytaxtına səfər edəcək və burada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits aprelin 18-də bildirmişdir ki, Türkiyə Ukrayna və Rusiya arasında humanitar danışıqlar üçün dəyərli vasitəçidir.
Xatırladaq ki, daha əvvəl BMT baş katibin Rusiya və Ukraynaya səfər edəcəyi barədə məlumat yaymışdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:06 / 24.04.2022
BMT baş katibi Ərdoğanla görüşəcək – Ukrayna-Rusiya danışıqları...
Hazırda oxunan: BMT baş katibi Ərdoğanla görüşəcək – Ukrayna-Rusiya danışıqları...
Hazırda oxunan: BMT baş katibi Ərdoğanla görüşəcək – Ukrayna-Rusiya danışıqları...
71135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.