Pandemiyanın ən şiddətli şəkildə yaşandığı yerlərdən biri olan İranda dünyanın müxtəlif ölkələrdə hazırlanmış Covid-19 peyvəndlərinin alınması cəhdləri davam edir.
Lakin bu cəhdlərlə yanaşı ölkədəki elm adamları son həftə ərzində hazırlanan yerli peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
MÖVZU İLƏ BAĞLI:
ÜST yeni koronavirus peyvəndini təcili təsdiq etdi
İranlı elm adamları tərəfindən hazırlanan "Coviran" (Bərətək) peyvəndinin 28 gün ərzində iki dəfə olmaqla istifadə olunması zəruridir. Uğurlu nəticə əldə olunması üçün ilk peyvəndləmədən 14 gün sonra ikinci peyvənd vurulmalıdır. Peyvəndin geniş istifadə edilməsi və son nəticələrin ortaya çıxması üçün 2 ay gözləməyin lazım olduğu da qeyd olunur.
İran vətəndaşları isə ABŞ sanksiyalarının davam etdiyi bir vaxtda ölkələrində hazırlanan və bu həftə insanlarda ilk dəfə sınaqdan keçirilmiş yeni növ koronavirus peyvəndinə şübhə ilə yanaşırlar. Bəzi Tehran sakinləri yerli istehsal olan peyvəndə güvənmədiklərini bildirirlər.
Eyni zamanda yeni peyvəndin xalqa yüksək qiymətə satılacağından narahat olanlar da var.
Xatırladaq ki, ABŞ tərəfindən qoyulmuş sanksiyalar İrana xaricdən tibbi vasitələrin də gətirilməsinə əngəl törədir. Bəzi ekspertlərin fikrincə, İranda pandemiyanın bu qədər sürətlə yayılması və ağır nəticələri ilkin tibbi ləvazimatın çatışmazlığı ilə əlaqədardır.
İran bir neçə dəfə Birləşmiş Millətlər Təşkilatına müraciət edərək tibb sahəsində qoyulmuş sanksiyaların yumaşaldılmasını tələb etmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçdiyimiz günlərdə İrana 200 milyon avro dəyərində yardım ayrıldığı məlumatı verilmişdi. Bu arada İran rəsmiləri xaricdə yaşayan iranlılar tərəfindən də ölkəyə yardım üçün Pfizer şirkətinin istehsal etdiyi 150 min doz peyvənd bağışlandığı ifadə etmişdi.
Hökumətin peyvəndlə bağlı təşəbbüsləri ölkə daxilində və xaricdə davam edərkən, İran küçələrindəki insanlar çaşqınlıq içərisindədir və peyvənd olub-olmaması barədə hələ bir qərar verməyiblər.
Rəvan Əliyev, Bizim.Media