Argentinada futbolçu Maradonanın qızı olduğunu iddia etdi

Argentinada futbolçu Maradonanın qızı olduğunu iddia etdi

Hazırda oxunan: Argentinada futbolçu Maradonanın qızı olduğunu iddia etdi

7054

Argentinanın 25 yaşlı futbolçusu Yevgeniya Laprovittola özünü əfsanəvi futbolçu, ölkə yığmasının və "Barselona" klubunun sabiq oyunçusu Dieqo Maradonanın qızı elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, İdmançı Maradonanın onun atası olduğunu sübut etmək üçün artıq məhkəmədə iddia da irəli qaldırıb. Jurnalist Luis Venturan;n sözlərinə görə, Maradona ölümündən əvvəl Laprovittolanın arzusu barədə xəbərdarlıq edilib.

Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun ölümünə ciyərlərindəki kəskin şiş səbəb olub. Maradona rəsmən beş övlad atasıdır. İndi argentinalının bir neçə tanınmamış varisi onunla qohumluğunu sübut etməyə çalışır.

Dieqo Maradona Ispaniyanın "Barselona", İtaliyanın “Napoli” və Argentinanın "Nyuella Old Boys” komandalarındakı çıxışları ilə məşhurdur. Futbolçu 1986-cı ildə Argentina yığmasının heyətində dünya çempionu olub. O, idman tarixində ən böyük futbolçulardan biri hesab edilir. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO