Şoyqudan xatırlatma: “Krım 239 il əvvəl Rusiya imperiyasının himayəsi altına keçib”

Şoyqudan xatırlatma: “Krım 239 il əvvəl Rusiya imperiyasının himayəsi altına keçib”

Hazırda oxunan: Şoyqudan xatırlatma: “Krım 239 il əvvəl Rusiya imperiyasının himayəsi altına keçib”

70383

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu hərbi idarənin kollegiyasında Krım yarımadasının 239 il əvvəl Rusiya imperiyasının himayəsinə qəbul edildiyini xatırladıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yazıb.

“Əvvəla, dövlətimizin tarixində yaddaqalan bir tarix haqqında danışmaq istəyirəm.Bu gün federal qanuna əsasən, Krımın, Tamanın və Kubanın Rusiya imperiyasına qəbulu günü qeyd olunur. 239 il əvvəl II Yekaterina müharibələrdən əziyyət çəkən Krım sakinlərinin xahişi ilə yarımadanı Rusiya dövlətinin himayəsinə qəbul edib”, - nazir bildirib.

O, 2014-cü il martın 16-da keçirilən referendumun Rusiyaya məxsus olan Krım tarixinin məntiqi davamı olduğunu vurğulayıb.

"Səslərin mütləq əksəriyyəti ilə krımlılar Rusiya ilə birləşməni dəstəklədilər və bu, yarımadada sabitliyi və sülhü qorumağa imkan verdi", - Şoyqu bildirib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Ukraynadakı çevrilişdən sonra referendum vasitəsilə Rusiyanın bölgəsinə çevrilib. Referendumda Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyaya birləşməyə səs verib.
Ukrayna hələ də Krımı öz ərazisi hesab edir, bir çox Qərb ölkələri də bu məsələdə Kiyevi dəstəkləyir. Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri demokratik şəkildə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq, Rusiyaya birləşməyə səs veriblər. Prezident Vladimir Putinin sözlərinə görə, Krım məsələsi “birdəfəlik bağlanıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO