Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbəri Matti Maasikasa verib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynada keçirdiyi mətbuat konfransında həmin anketi Zelenskiyə təqdim etmiş və onu bir neçə il ərzində yox, həftələr ərzində doldurmağa kömək edəcəyinə söz vermişdi.
Bu anket Avropa Komissiyasına Aİ Şurasına Ukraynanın quruma daxil olması ilə bağlı danışıqların başlanması istiqamətində müzakirələrə başlamağı tövsiyə etməyə imkan verəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:28 / 18.04.2022
Zelenski üzvlük anketini Avropa İttifaqına təqdim etdi
Hazırda oxunan: Zelenski üzvlük anketini Avropa İttifaqına təqdim etdi
Hazırda oxunan: Zelenski üzvlük anketini Avropa İttifaqına təqdim etdi
70271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.