Lukaşenkonun şəxsi həkimi həbs olundu - VİDEO

Lukaşenkonun şəxsi həkimi həbs olundu - VİDEO

Hazırda oxunan: Lukaşenkonun şəxsi həkimi həbs olundu - VİDEO

70190

Belarus prezidenti Aleksandr Lukaşenko səhiyyə naziri Dmitri Pineviçi şəxsən istintaq təcridxanasına getməyə və korrupsiyada ittiham olunaraq saxlanılan həkimlərlə danışmağı tövsiyyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BELTA agentliyi yayıb.

Qeyd edək ki, bu gün Belarusun baş prokuroru Andrey Şved, səhiyyə naziri Dmitri Pineviç və DTK sədri İvan Tertel dövlət başçısına onun kabinetində hesabat veriblər. İclasın əsas mövzusu tibbdəki korrupsiya olub.
Aleksandr Lukaşenko onu müayinə edən həkimin də korrupsiya sxemində yaxalanmasına diqqət çəkib:

“Siz məndən onları əhv etməyi, dövlətə vurduqları ziyanı ödədikdən sonra yenidən səhiyyyə sisteminə qayıtmaqlarını xahiş edirsiniz. Ancaq xatırladıram ki, onların arasında prezidenti müalicə edən həkim də olub. Bu fakt məni çox təəssüfləndirdi, ancaq qanun hamı üçün eynidir”.

“Mən sizə xəbərdarlıq etmək istəyirəm: insanların bədbəxtliyindən faydalananlara heç vaxt mərhəmət olmayacaq”, - deyə Lukaşenko yekunlaşdırıb. 

Xatırladaq ki, martın sonlarında ölkənin müxtəlif bölgələrində həkimlərin saxlanması ilə bağlı xəbərlər yayılıb. Ümimilikdə rüşvət ittihamı ilə 35 ortoped-travmatoloq tutulub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO