“Tesla Model Y” sistemi təqdim olundu: 4 saniyəyə 96 km/saat - VİDEO 

“Tesla Model Y” sistemi təqdim olundu: 4 saniyəyə 96 km/saat - VİDEO 

Hazırda oxunan: “Tesla Model Y” sistemi təqdim olundu: 4 saniyəyə 96 km/saat - VİDEO 

70172

“Tesla Model Y”nin daxili sistemi hazırdır. 

Bizim.Media xəbər verir ki, uzun müddətdir müzakirə mövzusu olan və maraqla gözlənilən “Tesla Model Y”nin daxili sisteminin quruluşu izləyicilərə təqdim olunub. 

Nyu York Beynəlxalq Avtomobil Sərgisində nümayiş etdirilən “Tesla Model Y” üç sıra, yeddi oturacaqlı elektrikli avtomobildir. O 4 saniyədən az müddətdə 96 km/saat sürət yığa bilir.

Birdəfəlik enerji ilə təqribən 530 km məsafə qət edə bilən və 250 km/saat sürətə malik “Tesla Model Y” ABŞ-ın avtomobil istehsalçısının qabaqcıl modellərindən biridir. 

Bildirilib ki, sözügedən model artıq tətbiqə əsaslanan taksi operatoru “Gravity Mobility” tərəfindən idarə olunan Nyu-York şəhərinin sarı taksi parkının bir hissəsi olaraq “Ford Mustang Mach-E”yə qoşulub. 

Leyla Şah, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO