Filippində “Meqi” qasırğası: Ölənlərin sayı 172 nəfərə çatdı

Filippində “Meqi” qasırğası: Ölənlərin sayı 172 nəfərə çatdı

Hazırda oxunan: Filippində “Meqi” qasırğası: Ölənlərin sayı 172 nəfərə çatdı

70101

Filippində baş vermiş “Meqi” tropik qasırğası təqribən 2 milyon 10 minə yaxın insana zərər vurub.

Bizim.Media Filippinin Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Şurasının aprelin 17-də yaydığı hesabata istinadla xəbər verir ki, qasırğa nəticəsində 172 nəfər həyatını itirib.

Hesabatda bildirilir ki, tropik qasırğa ölkənin doqquz regionunu əhatə edib. Təqribən 396 min nəfər 909 təxliyə mərkəzinə yerləşdirilib. Təbii fəlakət nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Habelə 110 nəfər itkin düşmüş sayılır. Həyatını itirənlərin 156-nın Şərqi Visayi, 11-nin Qərbi Visayi, 3-nün Davao, 2-nin isə Mərkəzi Visayi regionunda qeydə alındığı bildirilir.

Bununla yanaşı, qasırğanın 10 mindən çox evə ziyan vurduğu qeyd edilir. Həmçinin 560 daşqının və 89 torpaq sürüşməsinin qeydə alındığı bildirilir. Ölkənin kənd təsərrüfatı, infrastruktur ciddi zərər görüb.

Təbii fəlakət nəticəsində 240 yola və 9 körpüyə ziyan dəyib. Ümumilikdə 76 şəhərdə elektrik enerjisinin, 3 şəhərdə isə suyun verilişində fasilələr yaranıb.

Filippinin səkkiz regionunda təhsil müəssisələrində dərslər, 139 müəssisədə iş dayandırılıb. Ümumilikdə 41 liman işini dayandırsa da, onlardan 6-sı fəaliyyətini artıq bərpa edib.

Hazırda ölkənin 16 şəhərində və bələdiyyəsində fövqəladə vəziyyət davam edir. Həmin ərazilərə yardım üçün hökumət 50,4 milyon peso (966,1 min dollar) vəsait ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO