Rusiya Müdafiə Nazirliyindən Kiyevə XƏBƏRDARLIQ – Təxribatlar cavabsız qalmayacaq 

Rusiya Müdafiə Nazirliyindən Kiyevə XƏBƏRDARLIQ – Təxribatlar cavabsız qalmayacaq 

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyindən Kiyevə XƏBƏRDARLIQ – Təxribatlar cavabsız qalmayacaq 

69769

“Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz bazalı raketləri Kiyevin kənarındakı hərbi obyekti vurub.  

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov keçirilən brifinqdə bildirib.  

"Julyansk Maşınqayırma Zavodu "Vizar"a edilən hücum nəticəsində uzaq və orta mənzilli zenit-raket komplekslərinin, eləcə də gəmi əleyhinə raketlərin istehsalı və təmiri sexləri məhv edilib", - deyə general qeyd edib.  

Konaşenkovun sözlərinə görə, Kiyev Rusiya ərazisində təxribatçı fəaliyyətlərinə davam etsə, Kiyevdəki hədəflərə raket zərbələrinin sayı və miqyası artırılacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO