Avstraliyanın Sidney şəhərində memar Frenk Qerinin müəllifi olduğu texnologiyalar universitetinin "Dr Chau Chak Wing" tədris korpusunun tikintisini başa çatıb.
Korpus Avstraliya-Çin biznesmeni və xeyriyyəçisi doktor Çau Çakın şərəfinə adlandırılıb. O, bu layihənin reallaşdırılması üçün 13,9 milyon funt sterlinq ianə edib. Bina kərpicdən tikilib. 320 min xüsusi hazırlanmış kərpic bloku əl ilə qoyulub və dalğa formalı fasad yaradır. Əyri formalar məktəbin interyerində də davam etdirilir. Burada kərpic divarlar gipskartonla işlənib. 11 mərtəbəli tikilinin qərb tərəfdən divarı şüşədən hazırlanıb.xa0
Qeyd edək ki, Sidneydə Ultimo adlı rayonun mərkəzində bir neçə kiçik küçənin arasında tikilmiş bina universitetin əsas hissəsidir. Burada Biznes məktəbi üçün 1630 tələbə və əməkdaş yerləşə biləcək. Binada cilalanmış paslanmayan poladdan olan pilləkənlər də daxil olmaqla, çoxlu pilləkənlərdən istifadə olunub.


















































































































