Fransada keçirilən prezident seçkilərinin birinci turunda hazırkı prezident Emmanuel Makron və Milli Birlik partiyasının lideri Marin Le Pen öndədir.
Bizim.Media xəbər verir ki, Belçika mətbuatının hazırladığı ilk exit-poll-a istinadən yaydığı məlumata görə, onların hər biri 24 faiz toplayıb.
Solçu “Fəth edilməyən Fransa”nın namizədi Jan-Lyuk Melenşonun təxminən 19 faiz səs topladığı deyilir. Əvvəllər ekspertlər Fransada 2022-ci il seçki kampaniyasında iki liderin sürpriz yaradacağını demişdilər.
Qeyd olunur ki, Fransada artıq iyirmi ildir ki, rəsmi exit-poll olmayıb və bu rəqəmlər Belçika İnstitutunun mütəxəssisləri tərəfindən verilir, ona görə də təxmini hesab edilir. Bununla belə, dərc olunmuş nəticələr ikinci turun baş tutacağını göstərir.
Daha əvvəl bildirilib ki, yerli vaxtla saat 17:00-a qədər Fransada keçirilən prezident seçkilərində seçici fəallığı 65 faiz təşkil edib.
Bizim.Media