Pakistan Daxili İşlər Nazirliyinin Federal Təhqiqat Agentliyinə hər hansı bir dövlət məmurunun icazə olmadan xaricə getməsinin qarşısını almaq tapşırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Agentliyin yüksək rütbəli nümayəndəsi Dawn qəzetinə məlumat verib.
“Ölkənin bütün beynəlxalq hava limanlarında Agentliyin immiqrasiya məmurları yüksək hazırlıq vəziyyətinə gətirilib. Onlara tapşırılıb ki, dövlət işçilərinin icazə olmadan xaricə getməsinə mane olsunlar. Qərarın Pakistandakı siyasi vəziyyətlə əlaqədar verildiyi qeyd edilir”, deyə mənbə vurğulayıb.
Xatırladaq ki, bazar günü səhər ölkənin Milli Assambleyası (parlamentin aşağı palatası) baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Aşağı palata üzvlərinin əksəriyyətini təşkil edən 342 deputatdan 174-ü qətnamənin lehinə səs verib.
Beləliklə, Xan hökumət başçısı vəzifəsini itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:35 / 10.04.2022
Pakistanın dövlət qulluqçuları ölkəni tərk edə bilməyəcəklər – İCAZƏ ALMALIDIRLAR
Hazırda oxunan: Pakistanın dövlət qulluqçuları ölkəni tərk edə bilməyəcəklər – İCAZƏ ALMALIDIRLAR
Hazırda oxunan: Pakistanın dövlət qulluqçuları ölkəni tərk edə bilməyəcəklər – İCAZƏ ALMALIDIRLAR
68904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.