Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı daha bir azərbaycanlı həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə mərhumun dostu Leonid Ostalsev “Facebook” hesabında məlumat verib.
“Çox təəssüf edirəm, Rafael. Ailənə və səni tanıyanların hamısına başsağlığı verirəm. Biz mütləq görüşəcəyik” – deyə Ostalsev paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub.
Bizim.Media
