Avropa İttifaqı (Aİ) Şurası bu gün Rusiyaya qarşı beşinci iqtisadi və fərdi sanksiyalar paketini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Sanksiyalar paketinə Rusiyanın daş kömür ixracının, Rusiya bayrağı altında üzən gəmilərin Avropa İttifaqı limanlarına daxil olmasının, Rusiya və Belarusun hər hansı avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində tranzit mallarını daşımasının qadağan edilməsi daxildir.
Həmçinin reaktiv yanacaq, kvant kompüterləri və yüksək yarımkeçiricilər, yüksək səviyyəli elektronika, proqram təminatı, həssas maşın və nəqliyyat avadanlığı kimi məhsullara eksport qadağası və ağac, sement, gübrələr, dəniz məhsulları və içki kimi məhsullarına import qadağası tətbiq olunur.
Bundan əlavə, Aİ Şurası məhsulları və ya texnologiyaları işğalda rol oynamış şirkətlərə, əsas oliqarxlara və iş adamlarına, yüksək rütbəli Kreml məmurlarına, dezinformasiya və informasiya manipulyasiyasının tərəfdarlarına, Rusiyanın Ukraynadakı müharibə təcavüzü ilə bağlı Kremlin narrativini sistematik şəkildə yaymağa qərar verənlərə qarşı sanksiyalar tətbiq edir. Eləcə də artıq sanksiyaya məruz qalmış şəxslərin ailə üzvlərinə sanksiyalar təbiq olunur.
Rusiya bank sektorunda bazar payının 23%-ni təşkil edən dörd əsas Rusiya bankına tam əməliyyat qadağası qoyulub.
Qeyd edilib ki, sanksiya paketi Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:41 / 08.04.2022
Rusiyaya qarşı 5-ci sanksiya paketi açıqlandı - Yeni qadağalar
Hazırda oxunan: Rusiyaya qarşı 5-ci sanksiya paketi açıqlandı - Yeni qadağalar
Hazırda oxunan: Rusiyaya qarşı 5-ci sanksiya paketi açıqlandı - Yeni qadağalar
68655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.