“Avropa İttifaqı (Aİ) Ukraynanı Rusiya tərəfindən "məğlub və dağıdılmış" görmək istəmir, ona görə də Ukrayna Silahlı Qüvvələrini silahla təchiz etməyə davam edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nın Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
“Bu parlamentdə mənə dedilər ki, münaqişəni mümkün qədər tez bitirmək lazımdır, bunun üçün Ukraynanın silahlandırılması dayandırılmalıdır.
Amma hər şey milyonlarla qaçqın və minlərlə ölü ilə dağıdılmış və məğlub olmuş ölkədə bitərsə, biz bunu istəmirik. Ona görə də biz Ukraynanı silahlandırmaqda davam etməliyik”, - deyə Borrel qeyd edib.
“Aİ-nin Ukraynaya hərbi yardım üçün ayırdığı milyard avro, ittifaqın Rusiya Federasiyasında yanacaq alışına gündəlik nə qədər pul xərclədiyini nəzərə alanda, o qədər də əhəmiyyətli məbləğ deyil” – Borrel əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:38 / 06.04.2022
“Aİ Ukraynanı silahlandırmağa davam edəcək” – Cozep Borrel
Hazırda oxunan: “Aİ Ukraynanı silahlandırmağa davam edəcək” – Cozep Borrel
Hazırda oxunan: “Aİ Ukraynanı silahlandırmağa davam edəcək” – Cozep Borrel
68337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.