Türkiyə tarixinin ən böyük fırıldaqçısı hazırda harada gizlənir? – ŞOK FAKTLAR

Türkiyə tarixinin ən böyük fırıldaqçısı hazırda harada gizlənir? – ŞOK FAKTLAR

Hazırda oxunan: Türkiyə tarixinin ən böyük fırıldaqçısı hazırda harada gizlənir? – ŞOK FAKTLAR

68287

Türkiyədə qurulan “Theodex” birjasının sahibi, 1994-cü il Kocaeli doğumlu Faruk Fatih Özer olub. Faruk daha öncə başqa bir adla fəaliyyətdə olan kriptovalyuta birjasının 2017-ci ildə adını dəyişərək “Theodex” adlandırıb.

“Thodex” Türkiyənin kriptovalyutaların alqı-satqısına vasitəçilik edən ilk qlobal kriptovalyuta birjasıdır. Həmçinin o, 2020-ci ildə Türkiyədən qlobal bazara açılan ilk kriptovalyuta birjası olub.

Bizim.Media xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu kriptovalyuta birjası “Thodex”ə qarşı dələduzluq istintaqını başa çatdırıb. İddianamədə detallar açıqlanıb.

Ötən ilin aprel ayında minlərlə “Thodex” müştərisi sistemin açılmamasından şikayətlənir və mövzu ilə bağlı araşdırma başladılır. Şirkətin pul dövriyyəsi, sistemin işləməsi və qazanc əldə etməyə aparan proses araşdırılaraq, müvafiq qurumlardan tələb olunan hesabatlar prokurorluğa çatıb.

İddia qəbul olunub

21 şübhəli barəsində hazırlanan iddianamədə təşkilatın qurucusu və idarəçisi olmaqda təqsirləndirilən Faruk Fatih Özerin 3 fərqli cinayətə görə 40 min 562 ilə qədər həbs cəzası istənilib. “TRT Haber”in xəbərinə görə, aralarında Faruk Fatih Özerin də olduğu 21 nəfər haqqında 12 min 164 ildən, 40 min 564 ilə qədər həbs cəzası tələb edən iddianamə qəbul edilib.

Qeyd edək ki, Faruk Fatih Özer 2021-ci ilin Aprel ayında Türkiyəni tərk edərək Albaniyaya qaçıb.

Haqqında ilkin olaraq qaldırılan iddialara əsasən şirkətin 390 min üzvündən topladığı 2 milyard dollar ilə ölkədən çıxıb. Daha sonra edilən araşdırmada 2 milyard yox, 150 milyon dollar ilə ölkədən qaçdığı məlum olub. Haqqında Interpol tərəfindən qırmızı axtarış elan edilib. Onun hazırda Albaniyada ev şəraitində gizləndiyi ilə bağlı iddialar var. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO