Rusiyada gənc azərbaycanlı zavod direktoru qəfil vəfat etdi

Rusiyada gənc azərbaycanlı zavod direktoru qəfil vəfat etdi

Hazırda oxunan: Rusiyada gənc azərbaycanlı zavod direktoru qəfil vəfat etdi

68267

Rusiyada azərbaycanlı zavod direktoru 37 yaşında ürəktutmadan vəfat edib.

Elvin Məmmədov Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru idi. 

Əslən Şəkidən olan soydaşımız Yakutiya-Saxa Respublikasında yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Əliş Zabid oğlu Məmmədovun oğludur.

Bizim.Media-ya danışan ata, oğlunun qəfil vəfat etməsindən çox ağır stress içində olduğunu bildirib. Qeyd edib ki, oğlum çox həyatsevər, işgüzar bir insan idi:

“İndi ondan iki oğul nəvəm, bir də əziz xatirələri yadigar qalıb. Çox üzüntü içindəyik, həyatım elə bil qurtarıb. Sağ olsun dostlar, təsəlli verirlər, Azərbaycandan da çoxlu zənglər gəlir. Hər kəsə təşəkkür edirəm”, - deyə Əliş Məmmədov qeyd edib.

Biz də öz redaksiyamız adından Əliş Məmmədova baş sağlığı veririk, Allah rəhmət eləsin deyirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO