Milli Qəhrəmanımız Viktor Seryoginin ailəsi Kişinyovdan Bakıya yola salındı - FOTO

Milli Qəhrəmanımız Viktor Seryoginin ailəsi Kişinyovdan Bakıya yola salındı - FOTO

Hazırda oxunan: Milli Qəhrəmanımız Viktor Seryoginin ailəsi Kişinyovdan Bakıya yola salındı - FOTO

68078

Azərbaycanın Ukrayna əsilli Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Moldovanın paytaxtı Kişinyovdan Bakıya yola salınıb.

Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, ailə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qaynar nöqtə hesab edilən Xarkov şəhərindən təxliyə edilərək martın 12-dən Kişinyov şəhərinə yerləşdirilib. 

Milli Qəhrəmanın həyat yoldaşı müalicə olunmaq üçün səfirlik tərəfindən xəstəxanaya yerləşdirilib, ailəyə hər cür diqqət və qayğı göstərilib.

Milli Qəhrəmanın qızı Oksana Seryogina bildirib ki, Azərbaycanın dövlət başçısı bu çətin dövrdə də ailəmizin yanında oldu və Prezident İlham Əliyevin tapşırığı ilə qaynar nöqtədən təxliyə olunmağımıza yardım edildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO