“Cavabımız dağıdıcı olacaq” – Dmitri Medvedev 

“Cavabımız dağıdıcı olacaq” – Dmitri Medvedev 

Hazırda oxunan: “Cavabımız dağıdıcı olacaq” – Dmitri Medvedev 

68060

“Sərsəm polyaklar 45 rusiyalı diplomatı, qənaətcil almanlar - 40, zərif fransızlar isə 30 rusiyalı diplomatı çıxarırlar”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev “Telegram” kanalında yazıb. 

“Elə beynəlxalq adətlər var ki, mahiyyət etibarilə mənasızdır. Məsələn, başqa ölkəyə təzyiq vasitəsi kimi diplomatların ölkədən çıxarılması. Son vaxtlar o qədər belə hadisə oldu ki. Və yenə... Ağılsız fantom ağrılardan əziyyət çəkən Baltikyanı dövlətlər səfirlərini geri çağırdılar. Kim daha çox? Hamı cavabı bilir.

Cavabımız simmetrik və həmin dövlətlərdə ikitərəfli münasibətlər üçün dağıdıcı olacaq. Kimi cəzalandırdılar? Əlbəttə, ilk növbədə öz diplomatlarını.

Onlara yeni iş yeri aramaq gərəkdir. Rusiyada nə hiss etdilər? Heç nə. Sadəcə, ölkəmizə qarşı təzyiqlərə yönələn və heç nəyi dəyişməyəcək şizoid kampaniyanın davamı. Amma yox. Əgər belə davam edəcəksə, hələ fevralın 26-da yazdığım kimi, deyəsən, Qərb ölkələrinin səfirliklərinin qapılarına anbar qıfılları asılacaq. Hamıya daha ucuz başa gələcək. Və onda bir-birimizə yalnız silahların nişangahlarından baxmalı olacağıq" – deyə Medvedev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO