Kaliforniyada silahlı hücum: 6 nəfər həlak oldu

Kaliforniyada silahlı hücum: 6 nəfər həlak oldu

Hazırda oxunan: Kaliforniyada silahlı hücum: 6 nəfər həlak oldu

67813

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində insanların atəşə tutulması nəticəsində azı altı nəfər həlak olub, daha on nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata əsasən, polis hadisənin baş verdiyi rayonu əhatəyə alıb. Zərər çəkənlərin vəziyyəti haqqında hələlik informasiya yoxdur.

ABC News telekanalının polisə istinadla yaydığı digər xəbərə görə, hücum gecə müəssisələrinin yerləşdiyi küçədə baş verib. Hadisə zamanı orada çox sayda insan olub.

Sosial şəbəkələrdəki videoların birində atəşin avtomat silahdan açıldığı eşidilir. Hadisənin səbəbləri və hücum edənlərin sayı hələlik dəqiq bilinmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO