Uil Smitdən “Ən Yaxşı Aktyor” mükafatını geri verməsi tələb oluna bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Post”a industriya insayderləri açıqlama verib.
Hollivuddakı yüksək səviyyəli mənbələrdən biri hadisədən sonra “The Posta” açıqlamasında “bu, hücumdur. Zalda hamı şokda və bir o qədər narahat idi. Məncə, Uil “Oscar”ını geri vermək istəməzdi, amma indi nə olacağını heç kim bilmir" – deyə qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
“Oscar” gecəsində SKANDAL: Uil Smit xanımını ələ salan komediya ustasını vurdu - VİDEO
“The Post” məsələ ilə bağlı açıqlama üçün Akademiyaya müraciət edib.
Həmçinin Los-Anceles Polis Departamenti “The Post”-a açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib.
Qeyd edək ki, 2017-ci ildə sənayeni vuran cinsi azlıq qalmaqalından sonra tətbiq edilən davranış kodeksi, inklüzivlik, dəstəkləyici mühitləri təşviq etmək və “insan ləyaqətinə hörmət” kimi “Akademiyanın dəyərlərinin qorunmasının” vacibliyini vurğulayır.
Həmin müddət ərzində Kino Sənəti və Elmləri Akademiyasının icraçı direktoru Daun Hadsn açıqlamasında bildirmişdi:
“Akademiyada statusundan, səlahiyyətindən və ya nüfuzundan ədəb standartlarını pozaraq sui-istifadə edən insanlara yer yoxdur. Akademiya cinsi oriyentasiyası, irqi, etnik mənsubiyyəti, əlilliyi, yaşı, dini və ya milli mənsubiyyətinə görə hər hansı sui-istifadə, təqib və ya ayrı-seçkiliyin qəti əleyhinədir. Rəhbərlər Şurası hesab edir ki, bu standartlar Akademiyanın missiyası üçün vacibdir və bizim dəyərlərimizi əks etdirir”.
Bizim.Media