Almaniyanın “Der Spiegel”x9d jurnalı Suriya lideri Bəşər Əsədin nüvə stansiyası tikdiyini idda edib.xa0
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərbli ekspertlərə görə stansiya kod adı “Zəmzəm”x9d olan gizli bir layihənin tərkib hissəsidir.
xa0
xa0“Der Spiegel”x9d Əsədin nüvə stansiyasının peyk görüntüləri və gizli sənədlərini də dərc edib.
xa0
xa0Jurnalda qeyd olunub: "Müharibə səbəbilə ölkəsindən qaçan insanlara baxmayaraq Bəşər Əsəd nüvə bombası istehsal etmək planlarından əl çəkmir".xa0
xa0
Nüvə stansiyasının tikildiyi iddia edilən yer isə Xüms şəhəri yaxınlığındadır. Stansiya yer altında qurulan su resurslarına çıxışı olan bir ərazidə yerləşir. Livan sərhədinə yalnız iki kilometr məsafədə yerləşən obyekt maşınların çox çətin hərəkət etdiyi dağlıq ərazidə yer alır.
xa0
xa0Sənədləri tədqiq edən qərbli mütəxəssislər bunun "Zəmzəm" kod adlı nüvə reaktor və uran zənginləşdirmə layihəsinin tərkib hissəsi ola biləcəyini bildiriblər.xa0
xa0
Ekspertlərə görə, "Zəmzəm" layihəsinə Şimali Koreya və İrandan mütəxəssislər dəvət olunub.


























































































