Böyük Britaniyadan olan 200 turist İsveçrənin Verbie şəhərindən qaçıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, 200 turist İsveçrənin dağ-xizək kurortlarından birində istirahətə gəlsələr də, koronavirusun yeni mutasiya olunmuş növünə görə karantinə alınıblar.
“Sky News” telekanalının yaydığı informasiyaya görə karantinə düşmüş 420 Britaniyalı turistdən 200-ü gecə düşən kimi kurortdan qaçıb.
Belə ki, onlar 1 həftə izolasiya müddətini pozublar. Turistlərin hazırda harada olması barədə məlumat verilmir.
Qeyd edək ki, daha əvvəl İsveçrə Böyük Britaniyadan gələnlərə 10 günlük karantin tətbiq edilməsi haqqında göstəriş vermişdi. Bununla yanaşı 20 dekabrdan bu yana Böyük Britaniyadan İsveçrəyə giriş də qadağan olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:35 / 28.12.2020
200 britaniyalı turist İsveçrədən qaçdı – Səbəb
Hazırda oxunan: 200 britaniyalı turist İsveçrədən qaçdı – Səbəb
Hazırda oxunan: 200 britaniyalı turist İsveçrədən qaçdı – Səbəb
6666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.