İstanbul - Moskva reysində BOMBA HƏYƏCANI

İstanbul - Moskva reysində BOMBA HƏYƏCANI

Hazırda oxunan: İstanbul - Moskva reysində BOMBA HƏYƏCANI

66655

İstanbul - Moskva reysi üzrə hərəkət edən Türk Hava Yollarına məxsus sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, İstanbul hava limanında dayanan təyyarədə axtarışlar aparılarkən xəbərin əsassız olduğu üzə çıxıb.

Məlumata görə, TK-415 uçuş nömrəli TC-JND qeydiyyatlı təyyarədə mümkün təhlükə barədə xəbərdarlıq avialaynerin havaya qalxmasından az öncə edilib.

Bundan sonra təyyarə dayanacağa salınıb və polis qrupları nəqliyyat vasitəsində axtarış aparıb.

Qeyd edək ki, son zamanlar Moskvaya uçan “Air Serbia” və THY təyyarələrində saxta bomba həyəcanı halları artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO