“Superman” Ukraynada həbs olundu - FOTO

“Superman” Ukraynada həbs olundu - FOTO

Hazırda oxunan: “Superman” Ukraynada həbs olundu - FOTO

6662

Ukraynada "Superman" paltarı geyinən şəxs 3 nəfəri öldürüb.

Bizim.Media “İHA” ya istinadla xəbər verir ki, Ukraynanın Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.

Məlumata görə, Ukraynanın Donetsk vilayətindəki Slavyansk şəhərində "Superman" geyimli 26 yaşlı şəxs mağazaya birgə getdiyi dostu ilə mübahisə edib.

Gəncin adı qeyd edilməsə də onun mübahisə zəminində dostunu öldürdüyü açıqlanıb. Sonra isə dostunun evinə gedərək onun 79 yaşlı anasını və otaq yoldaşını qətl edib.

Nazirlik bu şəxsin daha əvvəllərdə həbsdə olduğunu bildirib. “Superman” həbs edilərək məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO