Polşa və ABŞ prezidentləri Andrjey Duda və Co Bayden martın 26-da Varşavada Ukraynadakı vəziyyətlə ilə bağlı danışıqlar aparıblar.
Bizim.Media xəbər verir ki, Co Bayden Polşaya Ukrayna qaçqınlarının qəbuluna görə təşəkkür edib.
Görüşdə Ukraynadakı münaqişənin yaratdığı humanitar böhrana Qərb ölkələrinin reaksiyası da müzakirə edilib.
C. Bayden görüşdən sonra bildirib ki, Polşanın qaçqınlarla bağlı öz üzərinə böyük məsuliyyət götürməsi təqdirəlayiq haldır və bu cür yanaşma təkcə Polşa tərəfindən nümayiş edilməməlidir.
Qaçqınlarla bağlı vəziyyət bütün dünyanın və bütün NATO-nun məsuliyyətində olmalıdır.
Qeyd edək ki, Polşa C. Baydenin Avropaya səfəri çərçivəsində səfər etdiyi ikinci ölkədir. Martın 24-də ABŞ Prezidenti Brüsseldə NATO-nun fövqəladə sammitində, G7 liderlərinin sammitində və Avropa Şurasının sammitində iştirak edib, oradan isə Polşaya ikigünlük səfərə yollanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:50 / 26.03.2022
ABŞ prezidenti Polşaya təşəkkür etdi – “Bu cür yanaşma…”
Hazırda oxunan: ABŞ prezidenti Polşaya təşəkkür etdi – “Bu cür yanaşma…”
Hazırda oxunan: ABŞ prezidenti Polşaya təşəkkür etdi – “Bu cür yanaşma…”
66567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.