Meksikalı məşhur gitara ifaçısı Karlos Santana Havay adalarında olan kiçik evini 11,9 milyona satıb.
Bizim.Media xəbər verir ki, 74 yaşlı musiqiçi "iki evimdən ən kiçiyi" adlandırdığı villasını okean mənzərəsindən yorulduğu üçün satıb.
Belə ki, okeanın sahilində, yaşıllıqlar içində olan villada dörd yataq otağı, qapalı və üstü açıq yemək otağı, həmçinin əyləncə mərkəzi yerləşir.
Ümumi sahəsi 371,8 kvadrat olan villanın qarşısında şəxsi çimərlik məkanı da mövcuddur.
Dünya şöhrətli musiqiçinin okean mənzərəsindən "bezməsi"nin səbəbi daha böyük və bahalı evə köçməsi olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:24 / 26.03.2022
Məşhur musiqiçi okean mənzərəsindən bezdiyinə görə villasını satdı - FOTO
Hazırda oxunan: Məşhur musiqiçi okean mənzərəsindən bezdiyinə görə villasını satdı - FOTO
Hazırda oxunan: Məşhur musiqiçi okean mənzərəsindən bezdiyinə görə villasını satdı - FOTO
66557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.